Şahmatçılarımız Serbiyada beynəlxalq turnirdə iştirak edirlər
Serbiyada şahmat üzrə “Paracin 2022” açıq turniri keçirilir.

Yarışda Azərbaycanı şahmatçılarımız Xəqan Əhməd (A turniri), Səmra Qasımova (B turniri) təmsil edirlər. Ötən 5 turun nəticəsinə görə, Səmra Qasımova 3,5, Xəqan Əhməd 3 xal toplayıblar.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə təşkil olunur.

Yarış iyulun 16-dək davam edəcək.

Xəbər 225 dəfə oxundu.