Bu gün “Qəbələ” klubu Rumıniyanın “Çiksereda” komandası ilə yoxlama oyunu keçirəcək
Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” futbol klubu bu gün ikinci yoxlama oyununu keçirəcək.

“Qəbələ” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

“Qəbələ” ilə Rumıniya təmsilçisi arasında qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, Türkiyədə ikinci matçına çıxacaq “Qəbələ” iyulun 5-də Super Liqa klubu “Qaziantep”lə (1:2) üz-üzə gəlib.

Xəbər 422 dəfə oxundu.