Niderlandın “Fortuna” klubu türk futbolçu ilə üçillik müqavilə imzalayıb
Türk yarımmüdafiəçi Doğan Ərdoğan “Qaziantep” klubundan ayrılıb. İyirmi beş yaşlı futbolçu Niderlandın “Fortuna” klubuna transfer olunub.

Bu barədə onun yeni klubu məlumat yayıb.

Tərəflər üçillik müqaviləyə imza atıblar. Bu, “Fortuna”nın yeni mövsüm öncəsi heyətinə qatdığı ikinci türk futbolçudur. Komanda bir müddət əvvəl Fransanın “Lill” klubundan ayrılan Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmazla da müqavilə bağlayıb.

Futbolçu 2021-ci ilin yayında “Qaziantep”ə transfer olunub. O, bu komandanın heyətində 31 rəsmi matça çıxıb.

Xəbər 411 dəfə oxundu.