Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Super Liqa təmsilçisi italyan əsilli almaniyalı sol cinah müdafiəçisi Raul Petrettanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İsveçrənin “Bazel” klubundan transfer olunmuş 25 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

R.Petretta “Bazel”in yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında forma geyinib. Müdafiəçi sözügedən komandanın heyətində 150 matça çıxıb.

Xəbər 326 dəfə oxundu.