“Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb edib
Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb edib.

İstanbul təmsilçisi “Standard”dan (Belçika) Cekson Mulekanı transfer edib.

İyirmi iki yaşlı hücumçu ilə beşillik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu ötən mövsümü icarə əsasında “Kasımpaşa”da keçirib. O, bu müddət ərzində 14 matçda 12 qol vurub.

Xəbər 246 dəfə oxundu.