Çempionlar Liqası: “Araz-Naxçıvan” 5-ci qrupda mübarizə aparacaq
Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 2022-2023-cü illər mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

Turnirdəki təmsilçimiz “Araz-Naxçıvan” əsas mərhələnin 5-ci qrupunda Bosniya və Herseqovinanın "Mostar", həmçinin ilkin mərhələnin D və F qruplarının qalibləri ilə qarşılaşacaq.

Qeyd edək ki, D qrupunda "Minerva" (İsveçrə), "Loznika Qrad" (Serbiya), "Vesteralen Futzal" (Norveç), "Folqare" (San Marino), F qrupunda isə "Georgians" (Gürcüstan), "Ştutqart" (Almaniya), "Orebro" (İsveç), "İstanbul Şişli" (Türkiyə) komandaları yer alıb. Təmsilçimizin yer aldığı 5-ci qrupun oyunları oktyabr 25-30-da Bosniya və Herseqovinada keçiriləcək.

Xəbər 253 dəfə oxundu.