Şahmatçımız Serbiyada beynəlxalq turnirdə iştirak edəcək
Serbiyada şahmat üzrə “Paracin 2022” açıq turnir keçiriləcək.

Yarışda Azərbaycan şahmatçısı Xəqan Əhməd iştirak edəcək. Təmsilçimiz yarışın güclü A turnirində mübarizə aparacaq. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə təşkil olunacaq.

Qeyd edək ki, yarış iyulun 8-dən 16-dək davam edəcək.

Xəbər 234 dəfə oxundu.