Azərbaycan idmançısı Kamran Mirzəxanov şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək | |
İyulun 7-10-da Portuqaliyanın Anadia şəhərində şose velosipedi üzrə Avropa çempionatı keçiriləcək. Gənclər və U-23 yaş kateqoriyasında mübarizə aparan idmançılar arasında təşkil ediləcək yarışda Avropanın əksər ölkələrindən 200-dək velosipedçi iştirak edəcək. Qitə çempionatında ölkəmizi gənclər yaş kateqoriyasında milli komandamızın üzvü Kamran Mirzəxanov təmsil edəcək. İdmançılar iyulun 7-də keçiriləcək birinci mərhələdə fərdi ötüşmə növündə, iyulun 9-da baş tutacaq ikinci mərhələdə isə qrup ötüşməsi növündə mübarizə aparacaqlar. Velosipedçilər fərdi ötüşmə növündə 22, qrup ötüşməsi növündə isə 125,9 kilometr (6 dairə) məsafə qət edəcəklər. |
|
Xəbər 284 dəfə oxundu. |
|
|