“Marsel”dən ayrılan qapıçı Stiv Mandanda “Renn” ilə müqavilə imzalayıb
Futbol üzrə Fransa milli komandasının qapıçısı Stiv Mandanda “Marsel” klubundan ayrılıb.

Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Mandanda 2007-ci ilin yayından “Marsel”də çıxış edirdi. O, 2016/2017-ci il mövsümünü İngiltərənin “Kristal Pelas” klubunda keçirsə də, cəmi bir il sonra yenidən Marsel klubuna qayıdıb. Mandanda Fransa klubunun heyətində keçirdiyi 14 mövsümdə ərzində 613 matça çıxıb.

Mandandanın yeni klubu da müəyyənləşib. Otuz yeddi yaşlı qolkiper bundan sonra “Renn”in uğurları üçün çalışacaq. O, yeni klubu ilə ikiillik müqaviləyə imza atıb.

Xəbər 247 dəfə oxundu.