Azərbaycan batutçusu Selcan Mahsudova Beynəlxalq Gimnastika Federasiyasının kubokuna layiq görülüb
İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə dünya kuboku yarışı və 51-ci “Nissen Cup” adlı beynəlxalq turnir keçirilib.

Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Azərbaycan yığma komandasının üzvü Maqsud Mahsudov bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Eyni şəhərdə keçirilən dünya kuboku yarışında mübarizə aparan yığmamızın üzvü, batutçumuz Selcan Mahsudova final çıxışının yekununa əsasən, beşinci pillədə qərarlaşıb. İdmançımız bu il iştirak etdiyi dörd dünya kuboku yarışından üçündə topladığı xalların cəminə əsasən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokuna layiq görülüb.

Xəbər 361 dəfə oxundu.