“Səbail” klubu gənc qapıçı ilə üçillik müqavilə imzalayıb
“Səbail” klubun akademiyasının yetirməsi olan Sadiq Məmmədzadə ilə peşəkar müqavilə imzalayıb.

17 yaşlı qapıçı üçillik sözləşməyə qol çəkib.

Qeyd edək ki, “Səbail” yay fasiləsində Cabir Əmirli, Tural Bayramlı, Adil Nağıyev, Ədilxan Qarəhmədov, Ruslan Hacıyev, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə müqaviləni yeniləyib.

Xəbər 426 dəfə oxundu.