İddiaçılar Turniri: Azərbaycan şahmatçısı Teymur Rəcəbova bürünc medal təqdim olunub
İspaniyanın paytaxtı Madriddə şahmat üzrə İddiaçılar Turnirinin təntənəli bağlanış mərasimi keçirilib.

Tədbirə qurumun prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da qatılıb.

AŞF rəhbəri İddiaçılar Turnirində üçüncü yeri tutan Teymur Rəcəbova bürünc medalı təqdim edib.

Qeyd edək ki, turnirin qalibi rusiyalı Yan Nepomnyaşi olub.

Xəbər 462 dəfə oxundu.