İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib
İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

A Seriyası təmsilçisi “Kalyari”dən Raul Bellanovanı icarəyə götürüb. Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.

İyirmi iki yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb. Sözləşmədə icarədən sonra satın almaq hüququna dair bənd də var.

Futbolçu 2021-ci ildən “Kalyari”də oynayırdı. O, ötən mövsüm İtaliya çempionatında 31 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər 314 dəfə oxundu.