“Səbail” klubu “Kəpəz” və “Sabah” ilə yoxlama oyunları keçirəcək | |
Yeni mövsümə hazırlığı davam etdirən “Səbail” Bakıda iki yoxlama oyunu keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bakı təmsilçisi Gürcüstandakı təlim-məşq toplanışından əvvəl “Kəpəz” və “Sabah”la qarşılaşacaq. “Səbail” klubu “Kəpəz”lə iyulun 10-da Bakı Olimpiya Stadionunda, “Sabah”la isə dörd gün sonra “Bank Respublika Arena”da üz-üzə gələcək. |
|
Xəbər 239 dəfə oxundu. |
|
|