“Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Gəncənin “Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Gəncə təmsilçisi “Qarabağ”ın yarımmüdafiəçisi Zamiq Əliyevi icarəyə götürüb.

İyirmi bir yaşlı oyunçunun icarə müddəti bir illikdir.

Qeyd edək ki, yarımmüdafiəçi “Qarabağ”ın yetirməsidir.

Xəbər 251 dəfə oxundu.