“Marsel” klubu baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayırıb
Fransanın “Marsel” klubu baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayırıb.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Altmış iki yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub. Mətbuatda yer alan xəbərə görə, argentinalı baş məşqçi "Marsel"in transfer siyasətindən narazı qaldığı üçün postundan ayrılıb.

Xatırladaq ki, Xorxe Sampaoli 2021-ci ilin fevralından komandaya rəhbərlik edirdi.

Xəbər 340 dəfə oxundu.