Xüsusi olimpiyaçılar arasında stolüstü tennis yarışının qalibləri müəyyənləşib
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində oğlanlar və qızlar arasında stolüstü tennis üzrə seçmə yarışlar keçirilib.

Turnir xüsusi Olimpiya proqramına uyğun olaraq müxtəlif divizionlarda təşkil olunub.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekununda 2 qızıl, 4 gümüş medal qazanan Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi birinci yeri tutub. İkinci yerdə Nizami rayonu 3 nömrəli xüsusi təhsil məktəbi (1 qızıl, 2 gümüş, 2 bürünc medal), üçüncü pillədə isə Mərkəzi bölmə (1 qızıl, 1 gümüş, 1 bürünc medal) komandaları qərarlaşıblar.

Qeyd edək ki, yığma komanda ən çox medal qazanan komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin iyununda Almaniyada keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Xəbər 270 dəfə oxundu.