Rəşad Rəsullu: Əsas hədəf Olimpiadaya lisenziya qazananların ümumi reytinqində ilk “8-lik”də yer almaqdır
Olimpiadaya lisenziya qazananların ümumi reytinqində ilk “8-lik”də olmaq əsas hədəfdir.

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu idman jurnalistlərinin beynəlxalq seminarı zamanı bildirib.

O qeyd edib ki, hazırda məqsəd təkcə 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdan ibarət deyil. Eyni zamanda, o qədər xal toplamaq lazımdır ki, olimpiadada püşkatma zamanı səpələnmişlər səbətində yer almaq mümkün olsun. Vurğulayıb ki, olimpiadalarda kişi və qadın cüdoçular üzrə ümumilikdə 56 medalın 80 faizini səpələnmişlər səbətindəkilər qazanırlar.

Xəbər 241 dəfə oxundu.