“Turan Tovuz” klubu heyətini yeni futbolçu ilə gücləndirib
“Turan Tovuz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Tovuz təmsilçisi “Sabah”ın yarımmüdafiəçisi Veysəl Rzayevi icarəyə götürüb.

İyirmi yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, V.Rzayev 2019-2020-ci il mövsümündə “Turan Tovuz”un heyətində Birinci Divizionun qalibi olub.

Xəbər 394 dəfə oxundu.