Bu gün “Zirə” klubu Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşacaq
Yeni mövsümə Türkiyənin Bolu şəhərində hazırlaşan “Zirə” futbol klubu bu gün ilk sınağına çıxacaq.

Bakı təmsilçisi Rumıniyanın Birinci Liqasında çıxış edən “Hermanştadt”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

İyulun 7-də Bakıya dönəcək “Zirə” UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Təl-Əviv “Makkabi”si ilə oyunlara son hazırlıq mərhələsini burada keçirəcək.

Xəbər 226 dəfə oxundu.