Türkiyə - Azərbaycan oyununda qalib müəyyənləşməyib
İstanbulda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində Türkiyə yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

Millimizin qollarını 65-ci dəqiqədə Sevinc Cəfərzadə və 75-ci dəqiqədə Kristina Bakaranadze vurublar.

Qeyd edək ki, komandalar arasında iyunun 25-də keçirilmiş ilk oyun 2:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatmışdı.

Xəbər 618 dəfə oxundu.