"Liverpul"un hücumçusu Takumi Minamino "Monako"ya keçib
İngiltərənin "Liverpul" klubunun hücumçusu Takumi Minamino "Monako"ya keçib.

Bu barədə Monako təmsilçisinin saytı məlumat yayıb.

Yaponiyalı futbolçu ilə 2026-cı ilin iyun ayınadək müqavilə imzalanıb.

2020-ci ildən "Liverpul"da çıxış edən futbolçu İngiltərə Premyer Liqasının 2021-2022-ci il mövsümündə 11 oyunda meydana çıxıb və 3 qol vurub.

Qeyd edək ki, "Monako" klubu ötən mövsümü Fransa Liqa 1-də dördüncü pillədə başa vurub.

Xəbər 218 dəfə oxundu.