Bakı Dövlət Cıdır Meydanında atçılığın konkur növü üzrə paytaxt çempionatı keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında atçılığın konkur növü üzrə paytaxt çempionatı keçirilib.

60–80 santimetr hündürlükdə maneələri dəfetmə üzrə yarışda “Light Limerick” ləqəbli atla Murad Əlizadə birinci olub. Hündürlüyü 120–140 santimetr olan maneələri dəfetmə üzrə yarışda “Cerry Sanders” ləqəbli atla Rüstəm Hümbətov bütün rəqiblərini qabaqlayıb.

Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif ediliblər.

Xəbər 400 dəfə oxundu.