Pauerliftinqçimiz Ramil Əhmədov Avropa çempionatında iki qızıl medal qazanıb
Macarıstanın Kişkunfeledhaza şəhərində WPC (Dünya Pauerliftinq Konqresi) versiyası üzrə növbəti Avropa çempionatı keçirilib.

Azərbaycan Pauerliftinq Federasiyasının yeganə idmançısı Ramil Əhmədov klassik pauerliftinq növündə 850 kiloqram nəticə ilə bütün rəqiblərinə qalib gələrək birinci olub.

İdmançımız bununla kifayətlənməyərək öz şəxsi reytinqini artırmaq məqsədi ilə didlift hərəkətində də çıxış edib. R.Əhmədov əzmkarlıq nümayiş etdirərək mütləq Avropa çempionu olub. Beləliklə, R.Əhmədov Vətənə həm 2 qızıl medal, həm də mütləq çempionluğun kuboku ilə dönür.

Təmsilçimiz, həmçinin 215 kiloqram çəkini sinədən sıxma hərəkətində pauerliftinqdə Avropa rekordunu yeniləyib.

Xəbər 461 dəfə oxundu.