Bakının “Azərreyl” voleybol klubunun Çağırış kuboku yarışındakı rəqibi müəyyənləşib
2022/2023-cü il mövsümündə Azərbaycanı Çağırış kuboku yarışında təmsil edəcək Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun rəqibi müəyyənləşib.

Mübarizəyə 1/32 finaldan başlayacaq komanda “Slovan” (Slovakiya) ilə qarşılaşacaq.

Mərhələnin ilk oyunları noyabrın 22-24-də, cavab qarşılaşmaları isə noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək. Bakı təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.

Xəbər 245 dəfə oxundu.