AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri UEFA-nın seminarında iştirak edib
İsveçrənin Sürix şəhərində UEFA-nın klub yarışlarında rəsmi şəxslər qismində çalışan şəxslər üçün seminar təşkil olunub.

Seminarda UEFA matç direktoru kimi fəaliyyət göstərən AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov da iştirak edib.

Seminar zamanı iştirakçılara mövsümlə bağlı təlimatlar təqdim olunub və qaydalarda baş vermiş dəyişikliklər müzakirə edilib.

Xəbər 235 dəfə oxundu.