“Turan Tovuz” klubu növbəti transferlərini açıqlayıb
“Turan Tovuz” klubu növbəti transferlərini açıqlayıb.

Tovuz təmsilçisi müdafiəçi Tərlan Quliyevi transfer edib. Milli komandamızın sabiq futbolçusu ilə imzalanmış müqavilənin müddəti birillik nəzərdə tutulub. Futbolçunun sonuncu klubu “Şamaxı” olub.

Komanda ötən mövsümü “Sumqayıt”da keçirmiş qapıçı Tərlan Əhmədlini də heyətinə qatıb. İyirmi səkkiz yaşlı qolkiperlə birillik müqavilə bağlanıb.

Qeyd edək ki, “Turan Tovuz” bir gündə 4 transfer həyata keçirib. Klub daha əvvəl Kamal Bayramov və Şəhriyar Əliyev də heyətinə qatıb.

Xəbər 206 dəfə oxundu.