İdman gimnastikası üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşib
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə idman gimnastikası üzrə 2009-2010-cü, 2011-2012-ci və 2013-2014-cü il təvəllüdlü oğlanlar arasında şəhər birinciliyi keçirilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə Yusif Şərifov, Yusif Hüseynzadə, Ömər Məmmədli, Səccad Aşurlu, Qurban Mustafazadə, Miryusif Əhmədzadə, Cəsur Quliyev və Abuzər Xəlilzadə rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman və medalları ilə təltif olunublar.

Xəbər 237 dəfə oxundu.