“Neftçi” klubunun məşqçilər korpusuna daha bir təyinat olub
Bakının “Neftçi” futbol klubunun məşqçilər korpusuna daha bir təyinat olub.

Qapıçılar üzrə məşqçi Florin Tene ilə ikiillik müqavilə bağlanıb.

2001-ci ildə məşqçiliyə başlayan rumıniyalı mütəxəssis ölkəsində U-21 milli komandası ilə yanaşı, “Sportul Studentsesk”, “Dinamo-2” (Buxarest), “Proqresul”, “Otopen”, “Petrolul”, “Dinamo” (Buxarest), “Styaua”, “Universitatya Krayova”, Səudiyyə Ərəbistanının “Əl Hilal”, “Əl Əhli”, Bolqarıstanın “Liteks”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vəhdə” və “Əl Vəsl” klublarında işləyib.

Əlli beş yaşlı mütəxəssis “Əl Hilal”, “Liteks”, “Styaua”, “Əl Vəhdə”, “Əl Vəsl”, “Əl Əhli” və “Universitatya Krayova” klublarında baş məşqçi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.

Qeyd edək ki, bundan əvvəl 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.

Xəbər 315 dəfə oxundu.