Su polosu üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə su polosu üzrə paytaxt çempionatı keçirilib.

Yarışda 6 komanda mübarizə aparıb.

Su polosu idman növü üzrə milli komandanın baş məşqçisi Azər Babayev açıqlamasında bildirib ki, yarışın keçirilməsində məqsəd 2006-2007-ci il təvəllüdlü idmançılardan ibarət yığmamızın avqustda dünya çempionatına qatılacaq heyətin müəyyənləşdirilməsidir.

“Turnir çox maraqlı və gərgin keçdi. Yarışda Su İdman Sarayının iki komandası, MOİK, Gənclər və İdman Nazirliyinin Olimpiya Ehtiyatları Məktəbinin komandaları mübarizə apardı. Paytaxt çempionatından əvvəl keçirilən turnirdə məşqçilər heyəti Yunanıstanda keçiriləcək su polosu üzrə dünya çempionatına yollanacaq heyəti müəyyən etmək üçün idmançıları nəzərdən keçirdi. Artıq heyət demək olar ki, formalaşdırılıb”.

Turnirin sonunda idmançılar medal və diplomlarla təltif olunublar.

Xəbər 331 dəfə oxundu.