Bakının “Sabah” klubu Bolqarıstanda üç yoxlama oyununda qüvvəsini sınayacaq
Bakının “Sabah” klubu yeni mövsümün hazırlığına başlayıb.

Baş məşqçi Murad Musayevin rəhbərlik etdiyi komanda təlim-məşq toplanışının ilk mərhələsini iyulun 15-dək ölkədə davam etdirəcək.

İyulun 17-də komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsinə iyulun 31-də yekun vurulacaq.

Komandanın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

Xəbər 453 dəfə oxundu.