Xüsusi Olimpiya: Voleybol üzrə oğlanlar arasında seçmə yarışları keçirilib
Şağan Olimpiya İdman Kompleksində voleybol üzrə oğlanlar arasında seçmə yarışları keçirilib.

Yarışlar xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda təşkil edilib. Yekun nəticələrə görə, ən güclü divizionda Xəzər rayonu sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli xüsusi internat tipli məktəbinin komandası birinci yeri tutub. İkinci yerdə sərbəst məşqçi-müəllim Lyudmila Qasıyevanın komandası, üçüncü pillədə isə Sabunçu rayonu 309 nömrəli inklüziv sinifli tam orta məktəbin voleybolçuları qərarlaşıblar.

Yığma komanda ən güclü divizionda qalib gələn komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin iyun ayında Almaniyanın Berlin şəhərində baş tutacaq Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Xəbər 238 dəfə oxundu.