İdmançımız Ülvi Məmmədov Asiya çempionatında qüvvəsini sınayacaq
Beynəlxalq Şotokan Karate-do Federasiyasının yığma komandasının üzvü Ülvi Məmmədov böyüklər arasında keçiriləcək şotokan üzrə Asiya çempionatında iştirak edəcək.

Azərbaycan idmançısı mötəbər yarışa Beynəlxalq Şotokan Karate-do Federasiyasının vitse-prezidenti, 6-cı dan qara kəmər sahibi Rafael Məmmədovun və məşqçisi Elnur Əliyevin rəhbərliyi altında qatılacaq.

Yarış iyulun 1-3-də Qırğızıstanda təşkil ediləcək.

Xəbər 329 dəfə oxundu.