Sabah gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı start götürəcək
İyunun 25-də Bosniya və Herseqovinanın Banya Luka şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı start götürəcək.

iyunun 26-dək davam edəcək turnirdə Azərbaycanı məşqçi İmamverdi Məmmədovun rəhbərliyi altında yeddi cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında Ruslan Səfxanov, Bəxtiyar Məmmədov (90 kq), Məhəmməd Məmmədzadə (+100 kq) güclərini sınayacaqlar.

Qadınlar yarışında isə Könül Əliyeva (48 kq), Lətifə Abbasova (57 kq), Aytac Qardaşxanlı (63 kq), Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirə dünyanın 24 ölkəsindən 227 idmançı qatılacaq.

Xəbər 315 dəfə oxundu.