Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər
Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilər arasında Avropa birinciliyi keçiriləcək.

15 yaşadək stolüstü tennisçilərin qitə yarışında Azərbaycanı məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə təmsil edəcəklər.

Qitə birinciliyi iyulun 6-dan 15-dək davam edəcək.

Xəbər 242 dəfə oxundu.