“Sərhəd” hərbi-idman oyunları keçirilib
Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunları keçirilib.

Final mərhələsinin yekunlarına görə, Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandası birinci yeri tutub. Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası ikinci, Qax rayonunun Zəyəm kənd tam orta məktəbinin “Zəfər” komandası isə üçüncü yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, bu il ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 36 sərhədyanı və digər rayonların 181 məktəbinin 905 şagirdi iştirak edib. İlk iki mərhələnin yekunlarına görə 10 komanda final mərhələsində mübarizəni davam etdirib.

Xəbər 419 dəfə oxundu.