Qadın həndbolçulardan ibarət Azərbaycan yığma komandası Gürcüstan komandasına qalib gəlib
Qadın həndbolçulardan ibarət Azərbaycanın yığma komandası hazırlığını davam edir.

Hazırlığa Bakıda təşkil olunan təlim-məşq toplanışı ilə start verən həndbolçularımız iyunun 16-dan Gürcüstandadırlar.

Hazırlıq komandamızın baş məşqçisi Slavisa Ristiçeviç və köməkçi məşqçi Fuad Yangildinin rəhbərliyi ilə Tbilisidə keçirilir.

Yığmamız orada Gürcüstan millisi ilə iki yoxlama görüşündə qüvvəsini sınayıb.

İyunun 18-də keçirilən birinci qarşılaşma 28:17 hesabı ilə millimizin xeyrinə başa çatıb.

İki gün sonra təşkil olunan növbəti yoldaşlıq görüşü də Azərbaycan təmsilçisinin üstünlüyü ilə yekunlaşıb - 26:16.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı iyunun 24-da yekunlaşacaq.

Xəbər 370 dəfə oxundu.