Azərbaycan birinciliyində finala çıxan boksçular müəyyənləşib
Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.

Müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 idmançısının iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın VI günündə yarımfinal görüşləri baş tutub.

Oğlanlar arasında 16, qızlar arasında 2 çəki dərəcəsində 36 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Azərbaycan birinciliyinə bu gün yekun vurulacaq. Oğlan boksçular arasında 16, qızlarda isə 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Xəbər 338 dəfə oxundu.