UEFA: “Klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı” mövzusunda videokonfrans formatında seminar keçirilib
UEFA-nın təşkilatçılığı ilə “Klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı” mövzusunda videokonfrans formatında seminar keçirilib.

AFFA-nın lisenziyalaşdırma qrupunun üzvlərinin iştirak etdiyi seminarda “Klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı” ilə bağlı yeni qaydalar və maliyyə məsələlərini əhatə edən mövzular müzakirə olunub.

Sonra UEFA-nın üzv assosiasiyaları tərəfindən verilən suallar cavablandırılıb.

Xəbər 375 dəfə oxundu.