İddiaçılar turniri: Teymur Rəcəbov beşinci turda çinli şahmatçı ilə mübarizə aparacaq
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində beşinci turun oyunları keçiriləcək.

Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinq ilə mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız ötən turlarda 1,5 xal toplayıb və 6-8-ci yerləri bölüşdürür.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Xəbər 378 dəfə oxundu.