“Səbail” klubu uqandalı futbolçu ilə birillik müqavilə imzalayıb
Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi Luvaqa Kizito müqavilə imzalayıb. Uqandalı hücumçu ilə sözləşmənin müddəti 1 ildir.

Qeyd edək ki, afrikalı forvard ötən mövsümü İsrailin "Hapoel" (Nof-Ha-Qalil) komandasında keçirib.

Xəbər 232 dəfə oxundu.