AFFA U-21 millisinin baş məşqçisi ilə vidalaşıb
AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə vidalaşıb.

Serbiyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.

AFFA Milan Obradoviçə U-21yığmasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Bildirilib ki, millinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

Ətraflı

Xəbər 292 dəfə oxundu.