Stend atıcımız beynəlxalq yarışda bürünc medal qazanıb
Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran-Pri yarışında Azərbaycanın stend atıcısı Nurlana Cəfərova bürünc medal qazanıb.

Bu nailiyyəti idmançımız stend atıcılığının dairəvi növü üzrə qadınlar arasında yarışda əldə edib.

Bundan əvvəl idmançılarımız Əli Hüseynli və Alina Rəfixanova qarışıq komanda yarışında üçüncü yeri tutublar.

Qeyd edək ki, Konyada Qran-Pri turniri iyunun 13-də başlayıb. Ölkəmizi yarışda 14 idmançı təmsil edir.

Xəbər 348 dəfə oxundu.