Atçılığın konkur növü üzrə Bakı çempionatı keçiriləcək
Atçılığın konkur növü üzrə Bakı çempionatı keçiriləcək.

Bakı Dövlət Cıdır Meydanında iyunun 24-25-də atçılıq idman növünün konkur yarışları üzrə Bakı şəhər çempionatı təşkil ediləcək.

A* və M* kateqoriyası üzrə təşkil olunan yarışda maneələrin hündürlüyü 80-90 santimetr, 100-110 santimetr və 110-140 santimetr təyin olunub.

Xəbər 358 dəfə oxundu.