Basketbolçularımız Türkiyənin “Dostluk" komandasını məğlub ediblər
Türkiyənin İstanbul şəhərində basketbol üzrə U-18 yığma komandamızın təlim-məşq toplanışı davam edir.

Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışında millimiz onlardan yaşca böyük “Dostluk" komandasının qonağı olub və qarşılaşmadan (90-74) hesablı qələbə ilə ayrılıb.

Komandamızın ən məhsuldar basketbolçusu 20 xalla Əli Həsənov seçilib. Səid İsmayılov isə oyunu 17 xal, 12 assist ilə tamamlayıb.

Qeyd edək ki, komandamız əvvəlki toplanışda həmin komandaya məğlub olmuşdu.

Xəbər 371 dəfə oxundu.