Stolüstü tennisçilər Avropa çempionatında mübarizə aparacaqlar
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində voleybol üzrə qızlar arasında seçmə yarışları keçirilib.

Seçmə yarışlar xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda keçirilib. Yekun nəticələrə görə, ən güclü divizionda Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin komandası birinci yeri tutub. Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin voleybolçuları ikinci, Sabunçu rayonu 309 nömrəli inklüziv sinifli tam orta məktəbin yığması isə üçüncü yeri tutub.

Yığma komanda ən güclü divizionda qalib gələn komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin beynəlxalq yarışlarında iştirak etmək şansı qazanacaq.

Xəbər 310 dəfə oxundu.