Stolüstü tennisçilər Avropa çempionatında iştirak edəcəklər
Yeniyetmə və gənc stolüstü tennisçiləri qarşıda ciddi sınaq gözləyir.

Seçmə komanda iyulun 6-dan 15-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Mötəbər yarışa hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışı Xaçmaz Olimpiya Kompleksində təşkil olunub. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə iyunun 26-dək keçiriləcək hazırlıq prosesində Ləman Abdulhəmidova, Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Hacımurad Məmmədbəyov, Toğrul Məhəmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə iştirak edir.

Xatırladaq ki, bu, Avropa çempionatına hazırlıq məqsədilə təşkil olunan 3-cü təlim-məşq toplanışıdır. Yeniyetmə və gənc stolüstü tennisçilər bundan əvvəl Qax Olimpiya İdman Kompleksi və Türkiyənin Yalova şəhərində keçirilən hazırlıq prosesində də bir araya gəlmişdilər.

Xəbər 277 dəfə oxundu.