Yeniyetmə və gənc karateçilərimiz Avropa çempionatında mübarizəni davam etdirirlər
Çexiyanın paytaxtı Praqada karate üzrə yeniyetmə və gənclərin Avropa çempionatı davam edir.

iyunun 18-də 16-17 və 18-21 yaşadək gənclər mübarizəyə qatılacaq. Bütün yaş qrupları üzrə medal döyüşləri iyunun 19-da keçiriləcək.

14-15 yaşlı yeniyetmələrdən ibarət milli komandanın üç üzvü isə Avropa çempionatının medalları uğrunda mübarizə aparacaq. Belə ki, bazar günü finalda Əzim Rahib (+70 kg) Aleksandr Davieslə (Lüksemburq), bürünc medal görüşündə Fatimə Məmmədova (47 kg) Alyona Kahveçi (Türkiyə) ilə, Aslan Dostuyev isə Aleksis Tsangarasla (Kipr) görüşəcəklər.

Qitə çempionatında 48 ölkədən 1064 idmançı iştirak edir.

Xəbər 261 dəfə oxundu.