Karateçilərimiz yeniyetmə və gənclərin Avropa çempionatında mübarizəyə başlayıblar
Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənclərin karate üzrə Avropa çempionatı başlayıb.

Yarışın ilk günü kata üzrə bütün yaş qrupları və kumite üzrə 14-15 yaşlı yeniyetmələrin ilkin nəticələri məlum olacaq.

Kata çıxışlarında karateçilərimizdən Turan Əhmədzadə, Ramilə Heydərova (14-15 yaşlı yeniyetmələr), Həsənəli Həsənov (21 yaşadək gənclər), kumite yarışında isə Fərid Hacızadə (52 kq), Alsan Dostuyev (57 kq), Mirzə Həmidbəyli (63 kq), Rəşid Süleymanov (70 kq), Rahib Əzim (70+ kq), Fatima Məmmədova (47 kq), Sabina Fərzəli (54 kq) və Sofiya Hüseynli (54 kq) mübarizə aparacaqlar.

Sabah 16-17 yaşlı və 21 yaşadək gənclərin ilkin yarışları, bütün yaş dərəcələri üzrə medal görüşləri isə bazar günü keçiriləcək.

Xəbər 346 dəfə oxundu.