Təmsilçilərimiz aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında mübarizə aparıblar
Portuqaliyanın Qimarayeş şəhərində aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları keçirilib.

Yarışda təmsilçilərimiz Dilarə Qurbanova, Sara Əlixanlı və Sənəm Kazımova, üçlük, Arzu Ağayeva, Sara Əlixanlı, Leyla Bejanova, Dilarə Qurbanova, Sənəm Kazımova isə qrup yarışlarında qüvvələrini sınayıblar.

Yarışda ən yaxşı nəticəni qrupumuz göstərib. Belə ki, komandamızın üzvləri 13-cü pillədə qərarlaşıblar. Fərdi növdə çıxış edən Məryəm Topçubaşeva isə 14-cü olub.

Xəbər 251 dəfə oxundu.